Cümə , Sentyabr 18 2020
Ana səhifə / Sosial / BNA və DYP eyni xətaya görə yeddi saniyə fərqlə cərimə yazdı — FOTO

BNA və DYP eyni xətaya görə yeddi saniyə fərqlə cərimə yazdı — FOTO

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.


Report xəbər verir ki, metronun “28 may” stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum – Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.


Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi yeddi saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-cü saniyədə yazıb.


Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.


Fotoları təqdim edirik:

No description available.

Həmçinin oxuyun

“Sosial şəbəkələrlə bağlı təklifi mən irəli sürməmişəm” – Deputat Jalə Əliyeva təkzib etdi

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə …