Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Sosial / “BNA-nın dayanma-durmaya görə yazdığı cərimələr qanunsuzdur”

“BNA-nın dayanma-durmaya görə yazdığı cərimələr qanunsuzdur”

“Sürücülərin dəfələrlə etdikləri şikayətlər əsasında məlum olur ki, Bakıda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrin təxminən üçdə biri əsassız və qanunsuzdur. Vaxtaşır bununla bağlı qurumlar məlumatlandırılsa da, təəssüf ki, məsələ ilə bağlı hər hansı bir tədbir görülmürdü. Dayanma-durmaya görə yazılan cərimələrin qanunsuz olmasını isbat edən isə İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” qanundur. Onu da qeyd etmək lazımdı ki, bir çox hallarda texniki cihazlar vasitəsilə olan cərimələrdən əlavə, bəzən, hətta dayanma və durma qadağan olunmayan yerlərdə belə, vətəndaşların Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları tərəfindən cərimələndiyi müşahidə olunub. Buna görə də yaxşı olardı ki, dayanma-durmaya görə cərimələri yalnız Dövlət Yol Polisi (DYP) həyata keçirsin. Həm DYP-nin, həm BNA-nın dayanma-durmaya görə belə cənfəşanlıqla cərimə tətbiq etməsi bir qədər anlaşılmazdır”.

Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.

E.Cəfərov qeyd edib ki, Azərbaycanda yol hərəkətini tənzimləyən, sürücülərə və piyadalara, ümumiyyətlə, bütün yol hərəkəti iştirakçılarına hansısa göstəriş verə bilən, onları cərimələyə bilən, onlarla müəyyən profilaktik, maarifləndirmə işi apara bilən qurum yalnız DYP-dir: “Məsələn, BNA əməkdaşlarının heç birinin hüququ yoxdur ki, Bakı şəhərində yol hərəkəti iştirakçısına, xüsusən də sürücüyə hər hansı bir göstəriş versin, ondan sənəd tələb etsin və s. Ona görə də təklif edirəm ki, dayanma-durmaya görə cərimələrin yazılması yalnız DYP tərəfindən həyata keçirilsin. BNA isə ümumiyyətlə, cərimə məsələsilə məşğul olmasın. Vətəndaşlara bu vaxta qədər qanunsuz şəkildə yazılan cərimələrə gəlincə, bunu nəzərdən keçirsək, xeyli sayda əsassız cəriməyə rast gələ bilərik. Həmin cərimələr artıq yazıldığına görə onlar ya dövlət büdcəsi hesabına ödənməli ya da silinməlidirlər. Cərimələr silinmirsə, onda o cəriməni yazan qurum özü bunu dövlət büdcəsinə ödəməlidir. Bu məslədə artıq bütün cavabdehliyi cərimə edən tərəf, qurum daşıyır.”

Həmçinin oxuyun

Bakıda DƏHŞƏT: Piyadanı öldürən sürücü ürəktutmadan keçindi

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. APA xəbər verir ki, …