Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Sosial / BNA: Bir ayda sərnişin səfər sayı 48 faiz artıb

BNA: Bir ayda sərnişin səfər sayı 48 faiz artıb

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həftə ərzində daha 2 əlavə ekspress xətti – M9 və M10 istifadəyə verilib, bununla da Mərdəkan, Bilgəh, Buzovna, Şağan qəsəbələrinin metronun “Nəriman Nərimanov” stansiyası ilə əlaqələndirilməsi təmin olunub.

Gündəlik qeydə alınan sərnişin səfər sayı 1 milyon 741 min 456 olmaqla yenidən maksimum həddə çatıb. Son bir ayda isə sərnişin səfər sayı 48 faiz artıb.

Həftə ərzində gündəlik xəttə çıxarılan avtobus sayı da artırılaraq 2200 olub.

Həmçinin oxuyun

Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri …