Bazar , Fevral 17 2019
Ana səhifə / Sosial / BNA əməkdaşına hücum edən şəxs peşmandır – VİDEO

BNA əməkdaşına hücum edən şəxs peşmandır – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.
BNA-dan verilən məlumata görə, səmimi etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.

Qeyd edək ki, hadisə iki gün əvvəl “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.

Həmçinin oxuyun

Cəlilabadda çay daşdı, həyətləri su basdı

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub.  Təbiət hadisəsi rayonun Sabirabad …