Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / BMT: “Oxçuçayın təmizlənilməsində Azərbaycana kömək göstərməyə hazırıq”

BMT: “Oxçuçayın təmizlənilməsində Azərbaycana kömək göstərməyə hazırıq”

BMT rəsmisi Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə münasibət bildirib.

Bununla bağlı “Report”un sualını cavablandıran BMT-nin Ətraf Mühit Proqramının (UNEP – “The United Nations Environment Programme”) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire məsələdən xəbərsiz olduqlarını deyib.

“Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əlaqə yaratmayıb. Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik”, – deyə o bildirib.

Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …