Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / BMT İlham Əliyevin yeni idarəetmə orqanı yaratması haqda

BMT İlham Əliyevin yeni idarəetmə orqanı yaratması haqda

BMT Rezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı bəyanat yayıb.

Virtualaz.org-un BMT-nin Azərbaycan nümayəndəliyinə istinadən məlumatına görə, bəyanatda qeyd olunur ki, BMT Rezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Prezidentinin fərmanını müsbət qarşılayır.

Qeyd olunur ki, hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq: “Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklyuziv prosesin baş tutacağına ümid edir.

Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın