Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “BMT baş katibi Azərbaycana gələcək” – Əbülfəs Qarayev

“BMT baş katibi Azərbaycana gələcək” – Əbülfəs Qarayev

Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) aprel ayında Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) istifadəyə verilib.

Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini bildirib.

Onun sözlərinə görə, Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. İki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb.

Nazir onu da qeyd edib ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirak etməsi gözlənilir.

 

“BMT baş katibi Azərbaycana gələcək” -  Əbülfəs Qarayev

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın