Ana səhifə / Sosial / “Bizim Market”də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?

“Bizim Market”də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?

“Bizim Market” MMC-yə daxil olan market rəhbərləri icraçı direktorlar Fərid Ələkbərov və Ramin Şirinovdan şikayətçidirlər.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, hər iki şəxs şirkət bağlandığı üçün mağaza müdirlərini hədələyərək, onlardan külli miqdarda pul tələb edirlər.

Şirkətin təsisçisi Rasim Salmanovun səlahiyyətindən sui-istifadə edərək, onlara hədə-qorxu gəldiyi bildirilir. Qeyd olunur ki, market rəhbərlərinə maaş və bonuslar verlmir. Onlara bildirilib ki, yalnız əmək haqqının rəsmi hissəsini karta köçürərək gətirəcəkləri halda onların əmək kitabçaları özlərinə veriləcək. 
Məsələ ilə bağlı “Bizim Market”lə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, bir neçə müddət əvvəl “Bizim Market MMC”nni satılması ilə bağlı xəbər vermişdik. Belə ki, şirkəti “Promart” MMC alıb.

Əlavə edək ki, “Bizim Market” mağazalar şəbəkəsi tanınmış iş adamı Rasim Salmanova aiddir.

R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.

Bakupost

Həmçinin oxuyun

“Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik”

“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların …