Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Sosial / “Bizim adama heç kimin gücü çatmaz” – Prezidentə müraciət olundu

“Bizim adama heç kimin gücü çatmaz” – Prezidentə müraciət olundu

Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küç.,26 ünvanda yaşayan SOCAR işçisi olmuş 3 uşaq atası (əlil) Ağəliyev Şahin Samil oğlu tərəfindən Prezident İlham Əliyevə, habelə bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident! 14 iyul 2019-cu il tarixində yaşadığım NZS qəsəbəsində 0.04 sot bağ shəmin qanunsuz zəbt olunması, hasarının mənə xəbərdarlıq edilmədən uçurulması və nəticədə Babək prospekti yaxınlığındakı SOCAR-ın sənaye zonasının 0.4Ha ərazisinin qanunsuz zəbt olunaraq dərhal hasarlnması və tikinti işlərinə başlnması barədə Sizə və yuxarı instansiyalara müraciət etmişdim. Sağ olsunlar AR DƏk yanında Torpaqların İdarə edilməsi Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə gəlmiş, şikayətimdəki faktların doğruluğu təsdiq edildikdən sonra Bakı şəhər və Xətai rayon İcra hakimiyyətlərinə tikilmiş hasarın sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə 25 iyul 2019-cu il tarixli məktubları təqdim olunmuşdur. Eləcə də Bakı şəhər İcra Hakimiyyəti Aparatı rəhbəri cənb E.həbibullayev də Xətai rayon İcra Hakimiyyətinin birinci müavininə konkret faktla bağlı tədbir görülməsi rəsmi məktubla tapşırılmışdır. Daxili İşlər Nazirliyinin məlumatına görə isə torpağı zəbt olunmasilə əlaqədar baş vermiş özbaşnalığın yerində araşdırılması işi ərzi üzrə Xətai RPİ-nin 34-cü PB-nə tapşırılmışdır. Bu arada SOCAR torpaqlarını qanusuz zəbt edən Yusif və İlqarla bağlı məlumat əldə etdik ki, bu adamlar Nizami rayon İcra Hakimiyyəti başçısı Arif müəllimə yaxın adamlardır Və Nizami rayonu ərazisində hündürmərtəbəli evlərin və kommersiya obyektlərinin tikintisi işlərinə baxırlar.

Qaldırığım məsələ dövlət və ictimai əhəmiyyət kəsb etdiyindən ölkə mətbuatının 30-a yaxın internet saytı baş vermiş özbaşnalı barədə ictimaiyyəti məlumatlandırmış, araşdırmalara başlanılmışdır. Bütün bunlara baxmayaraq dövlət torpağını zəbt edən İlqar və Yusif adlı şəxslər mənə xəbər göndərmişlər ki, Prezidentə şikayət etməyib kimə şikayət etsən də biz həmin ərazidə obyektimizi tikəcəyik. Bizim arxamızda duran adama heç kimin gücü çatmaz. Çox maraqlı və həm də savadsız ultimatomdur.Elə deyilmi?Necə yəni, arxalandıqları adam o qədər güclü və nüfuzlu birisidir ki, hətta dövlət başçısı İlham Əliyevin də bu şəxsə gücü çatmırmış. Əhsən. Mən bu xəbərdarlığa qarşı deməyə başqa bir söz tapa bilmirəm. Görün əsassız varlanma bu adamları göyün neçənci qatına qaldırıbsa, hətt bu gün ölkə prezidentındən belə çəkinmirlər ki, göstəriş verilər və qanunsuz zəbt edilən 0.4 ha ərazi bir saatın içində sökülə bilər. Amma digər tərəfdən İlqar və Yusif adlı ortada olan və görünən maklerlərin sözündə hələlik bir balaca həqiqət işarəsi sezilməkdədir. Belə ki, aradan 20 gün vaxt keçsə də rəsmi dövlət qurumlarından bir ikisi söküntü barədə konkret göstəriş versələr də, elə bil rezin top divara dəyib geri qayıdır. Digər rsəmi orqanlar da susmağa üstünlük verirlər. Qoy sussunlar.

Bir daha xatırladım ki, mən 2005-ci idən SOCAR-da 5-ci dərəcəli çlingər vəzifəsində işləmişəm.1995-ci ildən Xətai rayonun NZS qəsəbəsində qardaşımın evində 5 nəfərlik ailəmlə indiyədək kirayədə yaşamışam. Övladımın biri əlildir. Yaşadığım yerin yanında qonşular kimi mən də ev tikmək üçün 4 sot torpaq sahəsini hasarlayıb bağ kimi istifadə edirdim. Həmin ərazidən istifadə etmək üçün SOCAR-a yazdığım ərizəyə 2009-cu ildə cavab olaraq bildirdilər ki, ərazi sənaye obyekti olduğu üçün şəxsi istifadəyə vermək olmaz. Lakin yataqxana veriləcəkdir.O zaman SOCAR Neft kəmərləri İdarəsi rəisi Zöhrab da mənə söz verdi ki, narahat olma əgər sənin 4 sot torpağından kimsə şəxsi məqsəd üçün istifadə etsə, səninlə hesablaşacaq, halallıq alacaqlar.Budur, bir neçə gün əvvəl Xətai rayonun Babək prospektində, “Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə “Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərcinlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilmiş, həmin torpaq sahəsini isə eləcə də mənə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılmış və mənimsənilmişdir.Yəni mənim hasarımı özbaşına uçuraraq yenisini səliqə ilə tikmişlər. Tezliklə öyrəndim ki, mənə məxsus olan 4 sot torpaq sahəsinin Yusif adlı şəxs tərəfindən zəbt olunduğunu və SOCAR –ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan aldığını bildim. Yusif mənə bildirmişdir ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq. Get, Zöhrabla haq-hesabını çək!. Etizaımı bildirdim və özümə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istədim. Ərazidə aparılan müzakirə zamanı torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla mənim doğma dayılarım olan Asəfin, Alovun və dostum 1-ci qrup Qarabağ Müharibəsi əlili Daşdəmirin yanında etiraf etmişdir ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250000 manat pul vermişik. İkisinə isə 500000 AZN. Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır (adlarını çəkmədi). Ona görə də yaxşısı budur ki, sən burada bizimlə torpaq mübahisəsi eləmə!, Yoxsa səni atacaqlar içəri. Bildinmi?” Əgər mən bir SOCAR işçisi kimi bu torpaqdan qonşuluqda olan başqaları kimi 20 ildir ki, ev tikmək üçün istifadə edə bilmirdimsə, onda bu kənar şəxslər ( Yusif, İlqar və onun arxasında duran generallar) necə olur ki, SOCAR ın sənaye kateqoriyalı ərazisinə milyonlar verib sənəd ala bilirlər, elektrik dirəklərini özbaşına yarım milyon rüşvət verib yerini dəyişdirirlər, torpağı hasarlayıb ildırımsürətilə hansısa obyektin tikintisinə başlayırlar? Doğrudanmı ölkədə bu dərəcədə dərəbəylik baş alıb gedir?. Xatırladım ki, Babək prospektinin həmin ərazisində 1 sot torpağın qiyməti 100000 manatdır. Onu da xatırlatmaq yerinə düşərdi ki, torpağı adı hələlik bizə məlum olmayan generallara satan SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab bir neçə il əvvəl Xətai rayon İcra Hakimiyyəti başçısısnın 1-ci müavini, əslən Gürcüstandan olan Zaməddin müəllimə qarşı fiziki kobudluq etdiyinə görə şəxsən SOCAR vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən işdən qovulmuşdur. İndi necə olur ki, həmin Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə “Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır? Kim verib işdən qovulan bu adama makler səlahiyyətini? Mən məsələnin aidiyyatı orqanlar tərəfindən dərhal araşdırılmasını və baş verən və verməkdə davam edən özbaşnalıqların dərahal dayandırlmasını və abadlaşdırdığım, bağ sahəsi kimi saxladığım ərazinin əvvəlki kimi mənə qaytarılmasını istəyirəm.Və ilk növbədə cənab Prezidentdən xahiş edirəm ki, bu gün ölkədə meydan oxuyan və vəzifəsinə, nüfuzuna arxalanan belələrini tezliklə tapıb hüquq mühafizə orqanlarına təqdim etmək lazımdır.Qoy araşdırsınlar və dəqiqləşdirsinlər ki, axı hardan olub milyonlarla pullar ki, Bakının ortasında dövlət torpağını zəbt edib tikintiyə başlayasan və hətta dövlət başçısına belə əhəmiyyət verməyəsən”.

Azinforum.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi …