Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / “Biz nə yeyərik, nə içərik” – İxtisar olunan işçilər – VİDEO

“Biz nə yeyərik, nə içərik” – İxtisar olunan işçilər – VİDEO

“Belə bir söz oldu ki, ödəniş olunacaq. Çox işçi narazılıq edir ki, apreldə biz nə yeyərik, nə içərik”.

Bizə müraciət edən və adının açıqlanmasını istəməyən bu xanım Bakı metropolitenində təmizlik işçisi işləyir. Mövcud vəziyyətlə əlaqədar, bir müddət öncə məzuniyyətə buraxılıb. Bu günlərdə ona və digər iş yoldaşlarına aprel ayı üçün ödəniş olmayacağı barədə xəbərdarlıq mesajı göndərilib.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Şikayətçi (Səsyazısı): “Biz metro işçisi olmuşuq. 1 ildir ki, bizi şirkətə köçürüblər. Amma iş yerimiz metrodur. Metroda işləyən oğlan bizə maaşlarımızın verilməyəcəyi ilə bağlı mesaj göndərib”.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən bildiridilər ki, 2019-cu ildə stansiyalarda təmizlik işləri özəl şirkətə həvalə edilib. Metropoliten bütün öhdəliklərini yerinə yetirib və sözügedən işçilərə əmək haqqının ödənilməsi də həmin şirkətin səlahiyətindədir.

Adı “Tais İFK” MMC olan şirkət haqqında başqa məlumat əldə edə bilmədik. Həmin şirkətlə bağlı rəsmi orqanlarda heç bir məlumat tapa bilmədik.

Bəs hansı hallarda işəgötürən işçiyə əmək haqqı verməkdən imtina edə bilər?

Ekspertlərin sözlərinə görə, bu məsələ işçi ilə işəgötürən arasında əmək müqaviləsi ilə tənzimlənir.

Samir Qasımov – Hüquqşünas: “Pandemiya vəziyətində əgər tərəflərin iradəsindən asılı olmayaraq, işlər məcbur dayandırılırsa, onda işə götürən işçiləri ödənişsiz məzuniyətə göndərə bilər. Bu zaman ödənişsiz məzuniyətin müddəti onların 2 illik əmək məzuniyətinin müddətindən çox ola bilməz”.

Ekspertlər hesab edir ki, bu məsələnin pandemiyadan sonra milli məclisdə müzakirəsinə və əmək məcəlləsində daha ətraflı şəkildə tənzimlənməsi üçün yeni qanunların qəbuluna ehtiyac var. İndiki məqamda sahibkarların, işəgötürənlərin işçilərə humanist yanaşması lazımdır.

Ceyhun Məmmədov – Milli Məclisin deputatı: “Sahibkarlar da böyük məsuliyət daşıyır. Hazırkı dövrdə insanları işsiz qoymaq düzgün deyil. Çünki elə insanlar var ki, evində bir insan çalışır. Bu insanlara 1-2 ay dəstək olmaq lazımdır”.

İqtisadiyyat nazirliyindən isə bildirildi ki, onlara hər hansı şikayət daxil olmayıb. Belə halla üzləşən vətəndaşların nazirliyin 195-2 çağrı mərkəzinə məlumat vermələri tövsiyyə edilir.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …