Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Bizə ikinci böyük qardaş lazım deyil” – Milli Məclis

“Bizə ikinci böyük qardaş lazım deyil” – Milli Məclis

Milli Məclisin Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı keçirdiyi növbədənkənar iclası davam edir.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən millət vəkili Azay Quliyev hesab edir ki, bu qətnamədə o qədər absurd ifadələr var ki, bunu ciddiyə almamalıyıq: “Azərbaycanın milli maraqlarına xidmət edən siyasətini öz siyasətləri ilə əvəz etmək istəyirlər. Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz “Avronest” lə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yükəsk çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir”

Millət vəkili Asim Mollazadə qeyd edib ki, bu qətnamə informasiya müharibəsinin bir hissəsidir: “Avropanın tanınmış siyasətçilərinin işğal olunmuş torpaqlara səfərləri başladı. Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən səkkiz minə qədər avro verilir. Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik. Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq yox demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”.

***

Millət vəkili Fəttah Heydərov qeyd edib ki, bu sənəd bizi çox narahat etməli deyil: “ Çünki Azərbaycan prezidenti çox doğru siyasət yürüdür. Bu sənəddən çəkinmək qorxmaq lazım deyil, sadəcə ona qətiyyətlə cavab vermək lazımdır”.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, ölkə prezidentinin xarici siyasət kurusunu dəstəkləyəndə deyirlər ki, hakimiyyəti dəstəkləyirsən: “Amma biz bununla Azərbaycanın Liviyaya, Suriyaya çevrilməməsini dəstəkləyirik. Azərbaycan kimi ikinci bir sürpriz qonşuları olan ölkə yoxdur. Biz hər qonşumuzdan “sürpriz” gözləyirik. Ona görə də tarazlıq siyasətimizi itirməməliyik. Yoxsa Azəırbaycan Ukraynaya çevrilər”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın