Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Birinci qrup əlil sosial yardım ala bilmir – Adına torpaq olduğuna görə

Birinci qrup əlil sosial yardım ala bilmir – Adına torpaq olduğuna görə

Qazax rayon sakini Qurban Əhmədov Cebheş.info-ya müraciət edərək yaşadığı evlə bağlı Qazax rayon İcra Hakimiyyətindən şikayətçi olduğunu bildirib.

Qurban Əhmədov qeyd edib ki, yaşadığı ev Qazax rayon İcra Hakimiyyətinin keçmiş başçısı tərəfindən verilib və hal-hazırda bərbad vəziyyətdədir:

“3 yaşında valideyinlərimi itirmişəm. Bəzi səbəblərə görə ata evində qala bilmirəm. 6 il Qazax rayonunda kirayədə qalmışam. Sonra mənə keçmiş icra başçısı Ayaz Əsgərov tərəfindən köhnə Su İdarəsi deyilən ərazində bir otaqlı ev verildi. Oranın isə heç bir şəraiti yoxdur. Yaxşı yağanda su tavandan içəri dolur. Ayaqyolu 200 metr uzaqdadır. Birinci qrup əlil olduğum üçün burada yaşamaq mənə çətin olur. Bununla bağlı dəfələrlə Qazax rayon icra başçısı Rəcəb Babaşovun qəbulunda olmuşam. Rəcəb Babaşov isə mənə heç bir halda köməklik edə bilməyəcəyini deyib. Burda ölkə rəhbərliyinə müraciət edirəm ki, köməklik göstərsinlər. Mən heç kimdən dəbdəbəli ev istəmirəm. Sadəcə evin normal şəraitlə təmin olunmasını istəyirəm. Sosial müavinətlə bağlı müraciət elədim, dedilər adında telefon nömrəsi olduğu üçün sənə düşmür. Getdim nömrəni adımdan çıxardım. Amma yenə də sosial yardım ala bilmədim. Bu dəfə də adıma olan 13 sot pay torpağını səbəb gətirərək mənə “yox” dedilər. Mən birinci qrup əliləm. 13 sot torpağı necə əkib-becərim ki, bununla da ailə dolandırım? Amma bu gün hər bir şəraiti, maşını, təsərrüfatı olan şəxslər sosial yardım alır. Mən isə birinci qrup əlil olduğum üçün dövlətin verdiyi 140 manatla dolanmaq məcburiyyətindəyəm. Əvvəllər tək idim heç evin şəraiti mənə o qədər də maraqlı deyildi. Birtəhər yaşayırdım. Amma indi 11 aydır ailə qurmuşam, bu evdə isə yaşamaq mümkünsüzdür. İcra hakimiyyəti deyir ki, nə zaman xüsusi statuslu əlillər üçün bina tikilərsə, o, zaman sənə ev veriləcək. Hal-hazırda sənə ev verə bilmərik”.

Qazax rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Birinci qrup əlil sosial yardım ala bilmir
Birinci qrup əlil sosial yardım ala bilmir
Birinci qrup əlil sosial yardım ala bilmir

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …