Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Bir qadının dəyəri 5 manat – Azərbaycanda qadın qul bazarı (VİDEO)

Bir qadının dəyəri 5 manat – Azərbaycanda qadın qul bazarı (VİDEO)

Maştağa kəndində yerləşən qadınların fəhlə bazarı… Onlar buranı qadınların qul bazarı da adlandırırlar.
Baku.Tv xəbər verir ki, bazar elə sözün hər iki mənasında bazardır. İş axtaran kim, bir-birinin işinə mane olan kim.
Bazarda işləyənlərin dediklərinə görə, bura hər gün 20-30 nəfər qadın gəlir. Hətta bu rəqəmin 40-50-yə çatan zamanları da olur.
Fəhlə bazarında müxtəlif yaşda olan qadınlara rast gəlmək olur. Hətta 25 yaşında gənc qızlar da bu yolla pul qazanmağı özlərinə yol seçiblər. Burada işləməklərini isə özlərinə iş tapmamaq ilə əsaslandırırlar.
Buradakı qadınlar hətta 20 ildir ki, artıq öz çörək pulunu bu bazardan çıxardır. Bəzən günə üç manat qazanan da olur, beş manat qazanan da. 20-25 manat qazanc əldə edib evinə qayıdanlar da.
Bu tip fəhlə bazarı isə Maştağadan başqa, Nəsimi bazarının yanında da fəaliyyət göstərir. Orada da, qadınlar bu şəkildə toplanaraq gündəlik qazanc əldə etmək üçün hələ xəbərsiz olduqları görəcəkləri işi gözləyirlər.
Ətraflı video reportajı təqdim edirik:

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …