Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Sosial / Bir qəza iki insanın həyatını qaraldıb – məhkəmə çarəsiz ananın haqqını təmin etmir…

Bir qəza iki insanın həyatını qaraldıb – məhkəmə çarəsiz ananın haqqını təmin etmir…

Oğlu tikinti şirkətində baş verən hadisə nəticəsində I qrup əlil olan Almaz Hüseynli “Yeni Müsavat”a müraciət edərək, MTK tərəfindən onlara verilməli olan ödənilməyən xəstəyə qulluq etmə haqqının tam təmin edilməməsindən şikayət edib. Şikayətçi deyir ki, oğlu Qafarov Vüsal cavabdeh şirkətin təqsirindən, onların tikdiyi binada işləyərkən xəsarət alıb, nəticədə baş beyni və onurğa beyni zədələnib. Lakin cavabdeh şirkət xəstəyə qulluq haqqını tam ödəmir. Apelyasiya Məhkəməsinin təmin etdiyi maddi və mənəvi ziyan isə Vüsalın ömürlük müalicə xərclərini ödəmir. Aylıq təmin etdiyi 201 manat pul isə  nə ananın yaşayışını, nə də Vüsalın gündəlik əlavə xərclərini təmin edir.

A.Hüseynli bildirir ki, bu səbəbdən qətnamədən kasasiya şikayəti verib, bu təmin edilmədikdə isə əlavə kasasiya şikayəti verib. Oğlu ömürlük əlil olan və bütün zamanını ona qulluq etməklə keçirən ana deyir ki, kasasiya instansiyasında dəfələrlə onun prosessual hüquqları pozulub. Bu istiqamətdə etdiyi rəsmi müraciətlərin isə qarşısı alınır.

Şikayətçi onu da vurğuladı ki, oğlunun əlilliyindən öncə aylıq 500 manat qazandığı üçün ödənilməyən xəstəyə qulluq haqqını 500 manatdan tələb edib: “Ali Məhkəmə də Apelyasiya Məhkəməsi kimi qərarda yalandan göstərdi ki, guya mən həm iddia ərizəmdə, həm apelyasiya şikayətimdə, həm də kasasiya şikayətimdə göstərmişəm ki, guya əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Ayıma 500 manat qazandığım üçün ödənilməyən xəstəyə qulluq haqqını da 500 manatdan tələb etmişəm. Bu səbəbdən “Yaşayış minimumu haqqında” Qanuna istinad edərək maddi ziyanı az təyin etdilər. Ancaq bir daha qeyd edirəm ki, oğlum Vüsal ömürlük müalicə almalıdır. Çünki cavabdehin təqsirindən aldığı xəsarət nəticəsində onun baş beyni və onurğa beyni zədələnib. Bu səbəbdən təmin edilən məbləğ onun xərclərini ödəmir. Vüsala yarım saatdan artıq oturmaq və ya gəzmək olmaz, ona görə də onu taksi ilə aparıb gətirirəm, taksi pulunu belə çatdıra bilmirəm. Vüsal ömrünün sonuna qədər 4 aydanbir müalicə almalıdır, gündəlik qəbul etdiyi dərmanlar var. Bütün bunları maddi baxımdan çatdıra bilmirəm. Belə ağır xəstənin əlavə qidalanmaya ehtiyacı var. Təmin olunmuş aylıq 200 manat məbləğ nə mənim yaşayışıma, nə də Vüsalın əlavə xərclərinə çatır. Ödənilməyən 9 il 3 aylıq müddət üçün təmin edilmiş məbləğ oğlumun ömürlük müalicəsini, o cümlədən qəzalı vəziyyətə düşmək təhlükəsində olan, I qrup əlilə yararlı olmayan mənzili yararlı hala gətirmək üçün lazım olan xərcləri təmin etmir”.

A.Hüseynlinin sözlərinə görə, zamanında onun xeyrinə qərar verilsəydi, heç oğlu I qrup əlil olaraq qalmazdı: “Əgər vaxtilə Ali Məhkəmənin sədri Ramiz Rzayev 3 fevral 2011-ci il Apelyasiya Məhkəməsinin qərarını ləğv edib geri qaytarmasaydı və 10 aprel 2012-ci il Ali Məhkəmənin CK-dan verdiyim əlavə kasasiya şikayətimi plenuma çıxartsaydı, oğlum Avstriyaya müalicəyə gedib müalicə alar, ömürlük əlil olmazdı. Bu zaman mən də ömür boyu xəstəyə qulluq etmək məcburiyyətində qalmazdım, nə borca düşməzdim, nə babasının oğlumun adına aldığı qızılları satıb məhkəmə işlərinə xərcləyib ziyana düşməzdim”.

Həmçinin oxuyun

Zorlanan qızcığazlar, bıçaqlanan qadınlar… – Sığınacaqdan REPORTAJ

Azərbaycanda hər üç qadından biri zorakılığa məruz qalır. Bu qadınların bir çoxu ailəsini dağıtmamaq üçün …