Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bir neçə qurumdan qida təhlükəsizliyi funksiyası alınır

Bir neçə qurumdan qida təhlükəsizliyi funksiyası alınır

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirilir.

Bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini qurumun yeni agentlik olduğunu vurğulayıb: “Prezidentin fərmanı ilə həmin qurumun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində atılan addımlar çox böyük əhəmiyyət kəsb edir. Agentliyin yaradılması istiqamətində lazım olan hüquqi bazanın yaranması demək olar ki təmin edilib. Sərəncam və lazım olan işlər yerinə yetirilib. Bu yaxınlarda digər tamamlama işləri həyata keçiriləcək”.

Ə.Əhmədov qeyd edib ki, həmin agentliyin böyük funksiyaları olacaq: “Təbiidir ki, agentliyin fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar var ki, həmin qurumlar da bu günə qədər qida təhlükəsizliyi funksiyası həyata keçirib. O funksiyalar həmin qurumlardan alınıb vahid bir mərkəzdə cəmləşəcək, bu proses həm hüquqi, həm texniki, həm də təşkilati baxımdan bir neçə vəzifənin yerinə yetirilməsini tələb edir. Onların üzərində iş aparılır”.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …