Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Sosial / “Bir milyon qaçqın heç bir dövləti maraqlandırmır” – Novruz Məmmədov

“Bir milyon qaçqın heç bir dövləti maraqlandırmır” – Novruz Məmmədov

“Azərbaycan prezidenti ilə görüşdə Avropa nümayəndə heyətinin rəsmisi dedi ki, siz böyük dövlətsiniz və rəhbər kimi də böyük işlər görürsünüz. Bu, məni biraz düşündürdü. Azərbaycan kiçik dövlətdir: həm ərazisi, həm də əhalisinin sayına görə. Amma sonra anladım ki, Azərbaycan son 10 il ərzində çox böyük tədbirlər keçirib”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusunda çıxışı zamanı deyib.

“Biz BMT ilə əməkdaşlıq məsələsində xüsusi ilə seçilirik. Lakin son 20, 30 ildə terror təşkilatlarının, terrorçuların sayı artır. Bu qədər görülən işlər, tədbirlər bu prosesin qarşını ala bilmir. Təəssüflər olsun ki, hazırda dünyada aktorların sayı artıb. Artıq yalnız dünya dövlətləri deyil, həm KİV-lər, QHT-lər aktor səviyyəsinə gəlib. Artıq terror təşkilatları da aktora çevriliblər. Bunları Azərbaycan kimi kiçik dövlətlər yaratmayıb. Azərbaycan müstəqilliyinin ilk illərindən bir milyon qaçqınla öz müstəqil dünyəvi demokratik dövlətini qurub. Lakin bir milyon qaçqının necə yaranması heç bir beynəlxalq təşkilatı, dövləti maraqlandırmır. 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Lakin bununla bağlı heç bir böyük dövlət, təşkilat konkret mövqe bildirmir.

Bilirsiniz nə üçün, çünki son 20-30 ildə beynəlxalq hüquq arxivə qoyulub. İmzalanan bəyənatlar, sənədlər heç bir yerdə həyatımızı tənzimləmir”.

PA rəsmisi qeyd edib ki, böyük dövlətlər, böyük aktorlar problemləri öz aralarında həll etməyə çalışırlar: “Sülhün, təhlükəsizliyin tərəfdarı olan Azərbaycan kimi 100-dən artıq kiçik dövlətlər isə oturub sabah bir il sonra nəyin baş verə biləcəyini gözləyir. Bu gün beynəlxalq münasibətlərdə çatışmayan bir şey var – ədalət. Bütün proseslərə ədalətli yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil”.

Həmçinin oxuyun

6300-dən çox bakalavr ixtisas seçimi edib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən verilən …

Bir cavab yazın