Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Bir ildə 144 nəfər insan alverinin qurbanı olub

Bir ildə 144 nəfər insan alverinin qurbanı olub

Ötən il Azərbaycanda qeydə alınmış insan alveri qurbanlarının sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə 144 nəfər insan alverinin qurbanı olub, 4 nəfər isə məcburi əməyə cəlb edilib.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib. 

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …