Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / Bir ildə 48 tələbəyə təhsil krediti verilib

Bir ildə 48 tələbəyə təhsil krediti verilib

2018-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədi ilə 3366 müraciət daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmayan müraciətlər də daxil olmaqla, cari ildə ümumilikdə 3269 sənədin icrası yekunlaşdırılıb. Onlardan 2365 müraciət müsbət cavablandırılıb.

Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.

2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …