Ana səhifə / Sosial / Bir ildə 14 milyon manat “dəfn pulu” verilib

Bir ildə 14 milyon manat “dəfn pulu” verilib

2018-ci ildə Azərbaycanda 42 200 nəfərə dəfn üçün 14 124 300 manat pul verilib. 

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il uşağın anadan olmasına görə 51 min nəfərə 5 323 200 manat birdəfəlik müavinət ödənilib.Bundan əlavə, 3 yaşınadək uşağa qulluğa görə 33 400 nəfərə 11 041 500 manat müavinət verilib. 

Ötən il 1 295 492 nəfər pensiya alıb. Bunun 756 136 nəfəri yaşa görə, 390 113 nəfəri əlilliyə görə, 149 243 nəfəri ailə başçısını itirməyə görədir. 

2019-cu ilin əvvəlinə olan məlumata əsasən, işləməyən vətəndaşlara dövlət tərəfindən 420 799 manat sosial müavinət verilib. Həmçinin 62 476 nəfər Prezident təqaüdü alıb.

Həmçinin oxuyun

Bakıda binanın damında manqal qaladılar – Video

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat …