Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Sosial / “Bir baş nəşəyə görə” həbs etməyəcəklər, amma…

“Bir baş nəşəyə görə” həbs etməyəcəklər, amma…

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Bunun üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunub. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.

Dəyişikliklə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda törədildikdə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər xüsusilə külli miqdarda törədildikdə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq ediləcək. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına görə isə inzibati məsuliyyət müəyyənləşir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə müəyyən edilir. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 2 ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Bu dəyişikliyi zəruri edən səbəblər nədir? Sui-istifadə halları necə əngəllənəcək?

Dairəsi ləğv edilmiş Çingiz Qənizadə: Qoyun görək nə olur"

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri səhv şərh edən, anlayanlar var: “Bəziləri belə bir fikir formalaşdırmağa çalışırlar ki, dəyişikliklər qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursor hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi ilə bağlı Cinayət Məcəlləsində olan 234-cü maddəyə müəyyən yüngülləşdirici hallar tətbiq olunub. Sosial şəbəkədə bu dəyişikliklə bağlı müzakirələrdə qeyd olunur ki, cəmiyyətdə narkotik istifadəçilərinin sayını artıracaq. Bu gün biz bu dəyişikliklərlə bağlı hüquq-mühafizə orqanı nümayəndələrinin, deputatların, hüquqşünasların şərhlərini, izahlarını görmürük. Halbuki dəyişiklik edilənə qədər belə şərhlər, izahlar, efirlərdən, mətbuatdan aydınlaşdırıcı məlumatlar cəmiyyətə çatdırılmalı idi. Hələ də gec deyil. Hesab edirəm ki, hər bir yeni dəyişikliklə bağlı mütləq izah verilməlidir ki, yanlış münasibət ortaya çıxmasın. 234-cü maddənin 1-ci hissəsindəki dəyişikliyə baxsaq, görürük ki, şəxsi istehlak miqdarından artıq sözü vardı. Burada ”artıq” sözü “xeyli” sözü ilə  əvəzlənib. Bu o demək deyil ki, hər hansı bir vətəndaşda şəxsi istehlak miqdarından xeyli miqdarda narkotik aşkarlanacaqsa, bu halda vətəndaş məsuliyyətdən kənar qalacaq. Əslində 234-cü maddə üzrə bir çox məsələlərə aydınlıq gətirilib.

Əvvəllər Cinayət Məcəlləsində nəzərdə tutulan şəxsi istehlak miqdarından artıq olduqda, bu artıq Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə deyil, 234.2, 234.3 maddəsi ilə tövsif olunurdu. Baxmayaraq ki, vətəndaş narkotik maddəni satmaq niyyəti ilə əldə etməmişdi, onun üstündən şəxsi istehlak miqdarından artıq narkotik vasitə  aşkarlandıqda, narkotikdən satış məqsədi ilə istifadəyə tövsif olunurdu. Yəni əlinə pul keçən narkotik istifadəçisi bir dəfəyə şəxsi istehlak miqdarından artıq narkotik alırdısa, tutulanda onun əməli narkotik satma kimi tövsif olunurdu. Satış niyyəti olmadan narkotiki şəxsi istehlak miqdarından artıq alan şəxs həbs olunub müxtəlif müddətlərə cəzaya məhkum olunurdu. Halbuki bir sıra hallarda, sadəcə, narkotik istifadəçisi olan şəxs narkotik satan kimi həbsə göndərilirdi. Dəyişiklikdən sonra vəziyyət dəyişib. Şəxsi istehlak miqdarından xeyli çox narkotiklə tutulan şəxsin həmin narkotiki satış məqsədilə əldə etməsi sübuta yetirilməlidir. Belə sübutlar olmayacaqsa, cəzası 234.1 maddəsi ilə tövsif olunacaq. Fərziyyələr əsasında, “sən narkotiki satış məqsədilə almısan” deyib ittiham irəli sürülməsi aradan qalxacaq. Cəza, cərimə olacaq, amma dəyişikliyə qədər olan ağır cəzaların verilməsi üçün sübut bazası ortaya qoyulması tələbi qanunda əksini tapıb. Bu, ədalətli yanaşmadır”.

Taksiyə minən nəşə dəllalı çaşıb, polis maşınına minib - BBC News  Azərbaycanca

Çingiz Qənizadə deyir ki, Cinayət Məcəlləsinə 234.1-1 maddəsi əlavə olunub: “Bu, maddənin təsir dairəsinə külli miqdarda narkotiklə saxlanılan şəxslər düşəcək. Belə şəxslər 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Digər dəyişikliklər isə cəzanın sanksiya hissəsinə artırılmalar var. Digər dəyişiklik elektron vasitələr – internet üzərindən satış məqsədi ilə narkotiklərin satışı ilə bağlıdır. 234.4.4-cü maddə məhz bu cür qanunsuz əməllərin qarşısının alınmasını nəzərdə tutur.

Daha bir dəyişiklik Cinayət Məcəlləsinin 235-ci – Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə maddəsini əhatə edir. Dəyişikliyə qədər 235.4.4-də bitirdisə, indi isə 235-ci maddəyə 5-ci bənd artırılıb və cəza müddəti 10 ildən 17 ilə qədər artırılıb.

Cinayət Məcəlləsinin 237-ci -qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə maddəsinə 3-cü bənd əlavə olunub, cəza hissəsi ağırlaşdırılıb”.

Çingiz Qənizadə deyir ki, dəyişikliklər narkotiklərlə mübarizənin effektivliyinin artırılması, gücləndirilməsi üçün gerçəkləşdirilib. Bunun əksini düşünənlər yanılırlar: “Bir çoxları dəyişiklikləri bu sahədə yumşalma, narkotiklərin qanunsuz dövriyyəsinin daha əlçatan olması kimi anlayır. Bu, yanlışdır. Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə olan dəyişikliklər qanunlardakı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı boşluqların doldurulmasına, mübarizənin gücləndirilməsinə hesablanmış dəyişikliklərdir. Prosessual Məcəlləyə edilən dəyişiklik isə qanunsuz dövriyyədən çıxarılan, götürülmüş narkotiklərin müvafiq rəsmiləşdirmələr aparılandan dərhal sonra məhv edilməsini ehtiva edir. Əvvəllər isə məhvetmə məhkəmə hökmündən sonra baş tuturdu.

“Narkoloji xidmət və nəzarət haqqında” “Hərbi xidmət və hərbi vəziyyət haqqında” qanunlara da dəyişikliklər edilib. Həqiqi hərbi xidmətə çağırılan şəxslər, eyni zamanda həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər də dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçəcəklər. Bu da narkotik istifadəçilərinin sayının müəyyənləşdirilməsi, vaxtında üzə çıxarılması məqsədilə edilir ki, narkotiklərə qarşı effektiv mübarizə aparılması imkanlarını genişləndirəcək”.

Həmçinin oxuyun

Sərnişinə təpik atan sürücü işinə qaytarıldı – VİDEO

Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində insident yaşanıb. …