Ana səhifə / Sosial / Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? – VİDEO

Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? – VİDEO

Bu günlərdə evlərdə süfrələr bayram ab-havalı bəzədilir, üzərinə cürbəcür naz-nemətlər düzülür, hər kəs toplaşıb ailəlikcə bayramı qeyd edir. Bəs bu bayram süfrələri minimum neçə manata başa gəlir?

Bayram qabağı bazarlarda diri toyuğun biri 6-7-10 manata, hind quşunun kilosu isə 14-15 manata satılır.Şabalıdın kilosu 9-12 ,kişmiş 6-12, alça turşusu isə 5-6 manatadır.

Novruz süfrəsinin bəzəyi həm də cürbəcür quru meyvələr və ləbləbilərdir. Bunların qiyməti isə məhsulun növünə görə dəyişir.

Xüsusilə, bayramda təlabat çox olduğu üçün meyvə və tərəvəzin qiyməti ilə də maraqlandıq. Xiyarın kilosu 3-3,50 qəpik, pomidor 2-2,50, bibərin isə 5 ədədi 1 manata satılır.

Səmənilərin qiyməti böyüklüyünə və formasına görə fərqlidir. Ən iri səməni 5-10  manata, ən kiçiyi isə 1-2 manata satılır.

Bazarda kənd yumurtası 25 qəpiyə, digərlərinin qiyməti isə 13-16 qəpik arası dəyişir.Ekspertlər hesab edir ki,bayramdan sonra qiymətlərdə 10-15 faiz enmə müşahidə ediləcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …