Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Bir adamın yaşaya bilməsi üçün nə qədər pul lazımdır?

Bir adamın yaşaya bilməsi üçün nə qədər pul lazımdır?

Bildiyimiz kimi, bir insanın öz sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə davam etdirə bilməsi üçün minimum istehlak səbətinə daxil olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərdən istifadə etməsi lazımdır.
Yeniavaz.com xəbər verir ki, ölkədə minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.
Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Bəs görəsən minimum istehlak səbətini “doldura” bilmək üçün, yəni bir insanın öz sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə davam etdirə bilməsi üçün nə qədər vəsait lazımdır?
Yeniavaz.com Nazirlər Kabinetinin açıqladığı aylıq normalar və Dövlət Statistika Komitısinin açıqladığı qiymətlər əsasında minimum istehlak səbətinin dəyərini hesablayıb. Hesablama göstərir ki, insanın öz sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə davam etdirə bilməsi üçün ən azı 283 manat lazımdır.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …