Ana səhifə / Sosial / Binanın mansardında tikilən əlavə balkon sökülür – FOTO

Binanın mansardında tikilən əlavə balkon sökülür – FOTO

Bakı şəhərində binanın mansardında inşa edilmiş əlavə balkon sökülür.
Oxu.az xəbər verir ki, əraziyə Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vüqar Şıxəmmədov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.
Qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən edilmiş müraciətə əsasən, binaya əlavə edilmiş tikilinin aidiyyəti dövlət qurumları tərəfindən söküntüsünə başlanılıb.
Hazırda mansardda tikilən balkonun sökülməsi üçün müvafiq tədbirlər görülür.
Səbail Rayon İcra Hakimiyyəti binanın mansardına əlavə balkonun inşa edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar araşdırma aparılıb:
“Tərəfimizdən aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, çoxmənzilli yaşayış binasına olunan dəyişiklik uzun illər bundan öncə edilib”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, binaya edilmiş bu əlavə yeni deyil:
“Bununla bağlı tədbir görülməsi üçün Səbail Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət yönlədirilib”.

Binanın mansardında tikilən əlavə balkon sökülür -  FOTO - VİDEO
Binanın mansardında tikilən əlavə balkon sökülür -  FOTO - VİDEO
Binanın mansardında tikilən əlavə balkon sökülür -  FOTO - VİDEO
Binanın mansardında tikilən əlavə balkon sökülür -  FOTO - VİDEO

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …