Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Sosial / Binalar sökülür sakinlərə yeni mənzillər, aylıq 700 manat kirayə pulu təklif edilir

Binalar sökülür sakinlərə yeni mənzillər, aylıq 700 manat kirayə pulu təklif edilir

Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır. 
BAKU.WS-in məlumatına görə, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.
Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.

Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.
Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olnunur. 

Həmçinin oxuyun

Şərurlu İsfəndiyar: “Bizim binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Türkiyədə yeni tikilən çoxmərtəbəli binaların …