Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Bina tikintisi üçün tələblər dəyişdi (VİDEO)

Bina tikintisi üçün tələblər dəyişdi (VİDEO)

Pilot layihə çərçivəsində köhnələri sökülüb yenilənən binaları tikərkən artıq icra hakimiyyətləri bu məsələni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmayacaq.
Bu dəyişiklik Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinə rəy verilməsi icra hakimiyyətlərinin səlahiyyətlərində olacaq.
Ekspertlər bildirir ki, bu dəyişiklik inşaat sektorunda sahibkarların bu sahəyə daha çox maraq göstərməsinə səbəb olacaq.
Mütəxəsislər qeyd edir ki, pilot layihə çərçivəsində inşa olunan binalar eyni zamanda mənzillərin çıxarış məsələsi və kommunal xidmətlərin normal təmin olunması üçün də böyük əhəmiyyətə malikdir.
Yeni qaydaların tətbiqindən öncə tikintinin memarlıq hissələri barədə rəylərin verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müraciət aldıqdan sonra 1 həftə ərzində ona rəy verirdi. Dəyişikliyə əsasən bu tələb də ləğv edilib.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …