Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / Bina evlərində otaqların sayını artırmaq problem yarada bilər (VİDEO)

Bina evlərində otaqların sayını artırmaq problem yarada bilər (VİDEO)

Vətəndaşlar bir çox hallarda yeni tikilən yaşayış binalarından mənzil alarkən otaqların sayını artırırlar. Amma bəzi qaydalara əməl etməmək sonradan müəyyən problemlərin ortaya çıxmasına səbəb olur.
Mənzildə otaqların sayını artırmaq istəyən vətəndaş kiçik bir nüansa diqqət etmədikdə bir neçə il keçdikdən sonra əlavə xərəcə düşərək ya artırdığı otağı sökməli olur, ya da ki, başqa mənzil almağa üstünlük verir.
Bəs problemlə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?
Memar-dizayner Muxtar Vəliyevin fikrincə, bəzi hallarda tikinti şirkətləri mənzilləri elə formada tikirlər ki, onun otaqlarının sayını artırmaq məqsədəuyğun olmur. Ancaq buna baxmayaraq, belə vəziyyətdə otaqların sayını artıran vətəndaşlar çox olur.
Ekpsertin sözlərinə görə, əsasən sahəsi 60 və daha çox kvadratmetr olan mənzil alanların otaqların sayını artırması daha məqsədəuyğundur. Ancaq balaca sahəsi olan mənzillər alarkən havalandırma sistemlərinin olmasına mütləq fikir vermək lazımdır. Ümumilikdə isə mənzillərin otaqlarının sayını artırarkən qaydalara düzgün əməl etmədikdə problemlər yarana bilər.
Əmlak ekspertləri isə bildirir ki, sakinlər bu işi görərkən tikinti şirkətinin mütləq razılığını almalıdır və binanın konstruksiyasına ziyan vurulmamalıdır.


Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …