Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / “Bina evləri daha çox satılır, çünki…” – Ekspert

“Bina evləri daha çox satılır, çünki…” – Ekspert

“Bu günlərdə baş verən zəlzələ çoxmənzilli binalarda yaşayan insanlar üçün narahatlıq yaratdı. Həyət evləri azgəlirli olduğundan, sakinlər çoxmərtəbəli binalardakı mənzillərini həyət evlərinə dəyişmək istəmirlər. Həyət evlərinə ən böyük təlabat pandemiya dövründə yaranmışdı. Amma son illər paytaxtda köhnə binaların söküntüsü də Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən həyət evlərinə təlabatı artırıb”.

Bunu Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, həyət evlərinin çoxunun sənədsiz olması risk yaratdığından, insanlar fərdi yaşayış evi almağa ehtiyat edir:

“Bina evləri gəlirlilik baxımından da daha sərfəlidir. Binadan alınan əmlakın icarəyə verilməsi daha rahat və gəlirlidir. Eyni zamanda bina evləri ipotekaya yararlı olduğundan qiyməti bahalaşır. Bu baxımdan insanlar daha çox bina evi almağa üstünlük verirlər. Bu gün fərdi yaşayış evlərini daha çox ikinci və üçüncü əmlakı olanlar alır”.

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …