Ana səhifə / Sosial / Bina evində yaşayanlar üçün vacib xəbər – VİDEO

Bina evində yaşayanlar üçün vacib xəbər – VİDEO

Əksər çoxmənzilli binaların zirzəmi sahəsi qaraj kimi bina sakinlərinə satılır. Hətta, bəzi hallarda  bu sahələr bina sakinlərinə icarəyə də verilir. Bəs qanunla bu, nə qədər doğrudur?

Əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı deyir ki, çoxmənzilli binalarda zirzəmi 1 mərtəbədən ibarətdirsə, bu, texniki mərtəbə hesab olunur və bu mərtəbə sırf təhlükəsizlik üçün nəzərədə tutulur.

Ekspertin sözlərinə görə, texniki mərtəbələrin qaraj sahəsi kimi bina sakinlərinə satılması və bu məqsədlə hər hansı sənədin verilməsi qanunsuzdur.

Mənzil Məcəlləsinin müvafiq maddəsinə görə, mülkiyyətçilərin birgə istifadəsinə aid olan sahələr onsuz da bina sakinlərinə məxsus olduğundan əlavə ödəniş etmələrinə ehtiyac yoxdur.

Ekspertin sözlərinə görə, bu kimi problemlərdən yaxa qurtarmağın yeganə yolu sakinlərin özlərinin binanın idarəetməsini əllərinə almaları və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini qurmalarıdır.

Həmçinin oxuyun

“Bir baş nəşəyə görə” həbs etməyəcəklər, amma…

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Bunun üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik …