Ana səhifə / Sosial / Binəqədidə dayanacaq və səki zəbt olundu, yerində böyük obyekt tikilidi – Rəsmi etiraz + FOTOLAR

Binəqədidə dayanacaq və səki zəbt olundu, yerində böyük obyekt tikilidi – Rəsmi etiraz + FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Binəqədi rayonu Rəsulzadə qəsəbəsində piyada keçidinin və dayanacağının zəbt olunması ilə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, Mais Ağayev faktla bağlı fotolar da paylaşaraq, 2017-ci ilin sonlarına qədər həmin ərazidə dayanacaq məntəqəsinin mövcud olduğunu bildirib:
“Lakin sonradan ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər oradan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar. Artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər, bu isə onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır”.
Əvvəlki vəziyyət:
SONRAKI VƏZİYYƏT:

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …