Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Binəqədi sakinləri blokadada – Qarajların qarşısında xəndəyi kim qazıb? – FOTO

Binəqədi sakinləri blokadada – Qarajların qarşısında xəndəyi kim qazıb? – FOTO

Paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 ünvanında aparılan qazıntı işləri yerli sakinlərə ciddi problem yaradıb.

Bu barədə Bakupost.az -a daxil olan şikayətdə bildirilir.
Sakinlər qeyd edirlər ki, hansısa tikinti şirkəti yaşadıqları binanın həyətində gecə ikən qazıntı işləri aparıblar:

“Səhər durub gördük ki, yeni yaşayış binasının özülünü atmaq üçün dərin xəndək qazıblar. Qazıntı zamanı qarajlarımızın qarşısındakı yolu da qazıblar. İndi maşınlarımız və əşyalarımız qalıb qarajda, çıxara bilmirik”.

Sakinlər məsələ ilə bağlı qazıntı işlərini aparan tikinti şirkətinə müraciət etsələr də, hələlik problemin həllinə nail ola bilməyiblər:

“Bizə deyirlər ki, narahat olmayın, yaxşı olacaq, qarajlarınızın qabağı asfaltlanacaq. Amma burada bina tikilir. Aylarla tikinti işləri gedəcək. Bizə bu barədə heç bir xəbərdarlıq etməyiblər. Deyirik, maşınımız qarajda qalıb, necə çıxaraq. Deyirlər ki, bir şey fikirləşərik. Qonşulardan birinə də deyiblər ki, bir səhvdir etmişik, gəlib oranı doldurarıq, sizə yaxşı yol çəkərik”.
Tikinti şirkətinin nümayəndəsi qarajların qarşısında qazılan ərazinin doldurulacağını desə də, bu, vəd olaraq qalıb. Çarəsiz vəziyyətdə olan sakinlər aidiyyatı qurumlardan məsələ ilə bağlı hüquqi müstəvidə ölçü götürülməsini tələb edirlər.

Sakinlərin şikayəti ilə əlaqədar ərazidə tikinti aparan şirkətin Mais adlı nümayəndəsi ilə əlaqə saxlasaq da, o, gün ərzində telefon zənglərimizə cavab vermədi.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …