Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Binədə bir qonşu digərinin əkdiyi bütün ağacları məhv edib – Şikayət

Binədə bir qonşu digərinin əkdiyi bütün ağacları məhv edib – Şikayət

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Məmmədov Mehdi adlı şikayətçi Azinforum.az -a şikayət ünvanlayaraq bildirir ki, 2009-cu ildən həmin qəsəbənin “Yeni Massiv” deyilən ərazisində, “Azərsun” un istirahət komleksi ilə übəüz olan yerdə, Babək küçəsində özünə fərdi yaşayış evi tikib. Şikayətçi iddia edir ki, qonşusu İsayev Cəlal Səməd oğlu öz bacısının yolunu bağlayıb, sonra onun həyətindən yol verməyi tələb edib: “Bu mubahisəyə onun şikayəti əsasında məhkəmədə baxılıb. Hakim Rəşad Həsənovun sədirliyi ilə keçirilən prosesdə məhkəmə qərar çıxarib ki, mənim həyətimdən yolun tələb olunması qanunsuzdu. Buna baxmayaraq bir neçə gün əvvəl qonşum İsayev Cəlal mənim evdə olmadığımdan istifadə edərək, həyətimə daxil olub, əkdiyim bütün ağacları məhv edib. Özündən soruşduqda həmin hərəkəti törətdiyini etiraf etdi və dedi ki, hara istəyirsən şikayət elə. Bu adam məhkəmənin qərarına hörmətsizlik etməklə yanaşı , həm də ekologiyaya böyük ziyan vutub. Çox xahiş edirəm əlaqədar qurumlar bu məsələyə əncam çəksin”.

Yazıda adı çəkilən digər şəxsin də mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …