Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Sosial / Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var – FOTO

Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var – FOTO

Bakıda daha bir avtobus qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.

Həmçinin oxuyun

Bu gün 38 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, səhər bəzi yerlərdə zəif duman …