Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Binəqədi icra hakimiyyətindən ŞOK ÖZBAŞINALIQ – Çarəsiz sahibkar özünü asdı

Binəqədi icra hakimiyyətindən ŞOK ÖZBAŞINALIQ – Çarəsiz sahibkar özünü asdı

Hadisə Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
“Ölkə.Az”ın xəbərinə görə, ötən gün 1956-cı il təvəllüdlü Kərimov Xanlar Səyyad oğlu özünü bina 127-nin qarşısında yerləşən yarımtikili tövlənin içində asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılan zaman məlum olub ki, X. Kərimov icra hakimiyyətinin qanunsuz əməllərinə etiraz edərək intihar edib. Belə ki, bir müddət öncə sahibkara məxsus mağaza və avtodayanacağ saxta sənədlərlə Binəqədi rayon icra hakimiyyəti tərəfindən başqasına satılıb.

Xatırladaq ki, bu il may ayının 17-də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Elə ondan sonra mağazanın və avtodayanacağın başqasına satılması barədə sahibkara məlumat verilib.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …