Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – Fotolar

Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – Fotolar

160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək. BNA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki, oktyabrın 1-də sözügedən marşrut xəttinin avtobusu qatarla toqquşmuş, nəticədə 1-i şagird olmaqla 2 nəfər vəfat edib, 42 nəfər isə yaralanmışdı.



Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …