Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub

Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub


Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda birtərəfli olaraq yalnız şəhər istiqamətində hərəkət bərpa olunub. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Müvəqqəti olaraq 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə “Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib.

Daha sonra yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.

Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

Hərəkətin normal təşkili üçün yola üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb, yol kənarına dəmir-beton təhlükəsizlik sədləri düzülüb.

Qeyd edək ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı bəmorta hissəsində svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur.

İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …