Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. Bu barədə RealMedia.az-a qazilər özləri məlumat verib.Onların sözlərinə görə, Asif Ağayev qazilərə qanunsuz torpaq zəbt etməkdə ittiham edərək, barələrində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması üçün yerli hüquq mühafizə və cinayət təqibi orqanlarına rəsmən müraciət edib, onların həbs olunmasına göstəriş verib. Artıq qazilər icra başçısının göstərişi ilə rayon hüquq mühafizə orqanlarına çağırıldıqlarını deyirlər.RealMedia.az xəbər verir ki, qazilər onların hüquq mühafizə orqanlarına çağırılmalarının və cinayət işinin açılmasına dair xəbərdarlıq olunmalarının əsas səbəbi kimi, rayon ərazisində Beyləqan – Daşburun avtomobil yolunun sol tərəfində boş torpaq sahəsindən hər qazi üçün 15-20 kv.metr obyekt tikmək üçün yer qazaraq bünövrə tökdüklərini deyirlər.Qazilər iddia edirlər ki, onlar dəfələrlə icra başçısından tikintialtı torpaq sahəsinin ayrılmasını xahiş ediblər. Lakin icra başçısı hər dəfəsində onlara söz verib aldadıb. Artıq onlar məcbur qalıb rayonun girişində boş torpaq sahəsində yerləşiblər. Ancaq icra başçısı onlara maneçilik törədir.Qeyd edək ki, həmin ərazinin icra başçısı tərəfindən başqa bir şəxsə 120 min manata satıldığı deyirlər.Onların sözlərinə görə, artıq icra başçısının göstərişi ilə rayon hüquq mühafizə orqanlarına çağırılaraq ərazini boşaltmalarını və bu işdən geri çəkilmələrinə dair ciddi şəkildə xəbərdarlıq ediliblər. Əks halda onların barəsində cinayət işinin açılacağı bildirilib.Qazilər onu da bildirirlər ki, icra başçısının qanunsuz və özbaşınalığına qarşı Beynəlxalq Mətbuat Mərkəzində(BMM) mətbuat konfuransı, həftənin 2-ci günü isə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirəcəklər.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …