Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin
edildikdən sonra bu qurumda aparılan bir çox islahatlar müsbətə doğru
nəyinsə dəyişəcəyi ümidləri artırdı. Ancaq nazirin özündən öncəki
xələflərinin dövründə korrupsiya bataqlığına batmış bəzi şəxslər yenidən
etimad göstərməsi Sahil Babayevi gözdən saldı.
Mətbuatda
təkzib olunmayan məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində Sahil Babayevin müavinləri ilə birlikdə şöbə müdirləridə öz
kadrlarını qurumun idarələrinə rahat şəkildə yerləşdirə bilirlər.
Hazırda nazirlikdə əsas söz sahibi olan şöbə müdirlərinin başında Daxili
Nəzarət İdarəsinin rəisi Heybət İmanovun durduğu deyilir.
Xatırladaq
ki, Heybət İmanov Füzuli Ələkbərovun dövründə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində çalışırkən nazirin “qara kassası” kimi tanınıb və
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiyanı idarə edən
əsas şəxslərdən biri olub. Səlim Müslümov nazir təyin olunduqdan sonra
isə Heybət İmanovu Əjdər Cəbiyev əvəz edib və İmanov nazirlikdən
uzaqlaşdırılıb.
Sahil
Babayev nazir gəldikdən sonra isə Heybət İmanovun ulduzu yenidən
parlayıb və bu şəxs yenə də ƏSMM sistemində korrupsiyanı idarə edən
şəxslərdən birinə çevrilib. Hazırda ƏSMM-də korrupsiyanı tam idarəe edə
bilmək üçünsə Heybət İmanov köhnədən onunla çalışan insanları yenidən
rayonlarda vəzifəyə gətirməkdədir.
Belə
məmurlardan biridə Beyləqan Məşğulluq Mərkəzinin direktoru İlham
Quliyevdir. Beyləqndan MilliYola daxil olan məlumata görə Füzuli
Ələkbərovun dövründə rayon Məşğulluq Mərkəzinin Direktoru işləyən İlham
Quliyev həmin dövrdə çoxlu sayda saxta işlərə imza atmaqla tanınıb.
Səlim Müslümovun dövründə işində yol verdiyi nöqsanlara görə işdən
qovulan İlham Quliyev bir müddət Beyləqan bazarında müxtəlif çeşidlərin
alveri ilə məşğul olub. Ancaq Heybət İmanov ƏSMM-də Daxili Nəzarət
İdarəsinin müdiri vəzifəsinə gələn kimi İlham Quliyevdə Beyləqan
Məşğulluq Mərkəzinə direktor təyinatı alıb. Beyləqanda bu təyinatın
arxasında Heybət İmanovun birbaşa dayandığını isə bilməyən yoxdur.
Beyləqandan
MilliYol.az-a daxil olan şikayətdə iddia edilir ki, İlham Quliyev Səlim
Müslümovun dövründəki ab havanı yenidən dirçəldib. Belə ki, mərkəz
direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını
işsizlər siyahısına yazdıraraq hər ay dövlət vəsaitini mənimsəyir.
Bu
məsələdə İlham Quliyev “İşsizin DOSTu” proqramından yararlandığı iddia
edilir. Rayon sakinləri bildirirlər ki, icra başçısı Asif Ağayev
vətəndaşlarla səyyar görüşlərdə işlə təmin etdiyi şəxslərdən başqa həmin
siyahıda adı olanların əksəriyyəti İlham Quliyevin adamlarıdır.
Belə
ki, Məşğulluq Mərkəzinin direktoru öz yaxınlarının, dost tanışlarının
adlarını DOST MMC-nin siyahısına salaraq onlara “işsiz” statusu verir.
Bu da təmənnasız başa gəlmədiyi bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Həmçinin oxuyun
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO
“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …