Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib – VİDEO

Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib – VİDEO

Sumqayıtda insanlığa sığmayan hadisə baş verib. Beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb.

Bu hadisənin üzərindən 4 ay vaxt keçib, ancaq körpənin valideynlərindən hələ də xəbər yoxdur. Hazırda körpə sumqayıt xəstəxanalarından birində saxlanılır.

Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən xəbər yoxdur.

Tibb müəssisəsindən “XəzərXəbər”ə bildirilib ki, körpənin valideynləri əslən Yardımlırayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.

Həkimlər deyirlər ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.

Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş …