Ana səhifə / Sosial / Beşdən çox uşağı olan ailələrin sayı açıqlandı

Beşdən çox uşağı olan ailələrin sayı açıqlandı

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 290 nəfər qəyyumuna həmçinin şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsinə 16,2 min uşaq üçün aylıq müavinət verilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 956 nəfər bir yaşadək uşağa görə 945 ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 8,9 min uşaq üçün sosial müavinət təyin olunub.
Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 387 nəfər zərərçəkən kompensasiya alıb. Ölkədə vətəndaşların rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısının “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli Fərmanına əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün aylıq məbləği 2019-cu il fevralın 1-dən artırılaraq 300 manat müəyyən edilib. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …