Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Beş yaşlı uşaqdan kədərli cavab: “Atamı dəyişmək istəyirəm”

Beş yaşlı uşaqdan kədərli cavab: “Atamı dəyişmək istəyirəm”

“Gün ərzində 5-6 qadın bizə boşanma şikayəti ilə müraciət edir, hüquqi yardım istəyir”.

Bu sözləri AYNA əməkdaşı ilə söhbətində, Sumqayıtda yerləşən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva deyib.

O, qarşılaşdıqları boşanma hallarından da danışıb: “Bir baxımlı qadın gəldi ki, “mən boşanmaq istəyirəm”. Soruşuram ki, nə məsələdir. Deyir, “ərim bizimlə maraqlanmır”. Bəs evdar qadın hansı pulla belə geyinib-keçinib? Demək ki, burada başqa səbəblər var. Kimin ürəyi nə vaxt, necə istəyir, boşanmağa tələsir. Ailələrdə dözümsüzlük, səbrsizlik hökm sürür. Biz ailələri barışdırmaq üçün son şansları da yoxlayırıq, çox halda istəyimizə nail oluruq. Çünki boşanmada alt qatda yatan əsl problem aşkarlanmalıdır”.

“Yaxud valideynlər tərəfindən övladlarına qarşı qəribə, dəhşətli münasibətlərin şahidi oluruq. Valideynlər sosial problemlərə görə övladlarının ailəsinin dağılmasının qarşısını almağa belə, cəhd etmirlər. Misal üçün, bir qadın gəlmişdi ki, “qızım boşanma ərəfəsindədir, oğlanın bağı, həyət evi, maşını var, bunlardan qızıma nə düşəcək?” Ana ailəni qorumaq əvəzinə, indidən mülk davası acır. Təəssüf ki, ailə dəyərlərimiz yox olmaqdadır. Buna görə tədbirlər görülməlidir”, – deyə o, qeyd edib.

Image result for “Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva

İB sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi ilə icra etdikləri “Məişət zorakılığından əziyyət çəkmiş uşlaqlara yardım mərkəzinin yaradılması” adlı layihədən də söhbət açıb: “Biz 2003-cü ildən bəri qadın və uşaq hüquqlarının müdafiəsi uğrunda tədbirlər görürük. Bu işimiz, sadəcə layihə formasında gedir. Layihə çərçivəsində yaradılan mərkəzdə risk qrupuna daxil olan, boşanmış, boşanma ərəfəsində olan, ailədaxili konfliktlərdən əziyyət çəkən, aztəminatlı, tək valideynli uşaqlara sosial xidmətlərin göstərilməsi, psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, pedaqoq və könüllülər vasitəsilə zəif bilikli şagirdlərin bilik səviyyəsinin qaldırılması, həmçinin özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi və s. tədbirlər həyata keçirmişik. Bu iş davam edir”.

Z.Mustafayevanın dediyinə görə, eyni zamanda valideynlər üçün də maarifləndirici fəaliyyətlər – təlim, seminar, hüquqi və psixoloji dəstək həyata keçirirlər: “Bu ilin may-avqust ayları ərzində məişət zorakılığından əziyyət çəkmiş 89 uşağa mərkəz tərəfindən xidmət göstərilib. Biz bilmirdik ki, bu qədər insan problem yaşayır, boşanmalar həddindən çoxdur. Bunun da bir zərəri ana ilə yanaşı uşaqlara dəyir. Biz ailələrlə söhbətimizdə hamiləlikdən qoruyucuları (kontraseptik vasitələr) təbliğ edirik ki, istənilməyən uşaqlar doğulmasın, çünki sabah o uşaqlar sevgisiz böyüyür”.

“Bir xanım şikayətə gəlmişdi, 5 uşağı vardı, dedim ki, qızım, bəs sən bu qədər uşağı niyə dünyaya gətrirsən. Deyir, “ərim içir, məni hər dəfəsində zorlayır”. Qadının sözlərinə görə, dəfələrlə özünə qəsd də edib. Amma uşaqlarını qoyub gedə bimir. Bilirsiz, maariflənmə daim, hərtərəfli dayanmadan olmalıdır”, – deyə İB sərdi əlavə edib.

Müsahibimizin sözlərinə görə, günlərlə təsirindən çıxa bilmədikləri ailə heyakətləri ilə qarşılaşırlar: “Psixoloqlarımız qadın və uşaqlarla söhbət zamanı elə hadisələrlə qarşılaşırlar ki, günlərlə bunu müzakirə edirik. Bir uşaq vardı, cəmi 5 yaşında. Biz onun cavavablarından həm kədərləndik, həm də dəhşətə gəldik. Sual verdik ki, nəyi dəyişmək istəyirsən, o ad cavab verdi ki, “atamı”. Belə uşaqlar böyüyür aiələrdə. Ailə daxilində həm psixoloji, həm də fiziki zorakılığın qurbanı çoxdur. İnsan alveri qurbanı xanımlarımız da olur”.

İB sədri onu da vurğulayıb ki, bu layihə ilə paralel, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” adlı layihəni də reallaşdırırlar: “Əslində, insan alveri, məcburi qadın və uşaqların əməyə cəlb edilməsi də cəmiyyətdə başqa neqativlərin nəticəsi kimi ortaya çıxır. Bütün bu probemlər köklü araşdırılmalı, ortaya həlli yolları qoyulmalıdır”.

Məlumat üçün deyk ki, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamının icrası işləri çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması istiqamətində işlər aparır.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …