Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / “Berlin Dönər”dən qanunsuz addım – restoran nağdsız ödənişlərdən imtina edir…

“Berlin Dönər”dən qanunsuz addım – restoran nağdsız ödənişlərdən imtina edir…

Bakının ən böyük  ticarət-əyləncə mərkəzi olan “Gənclik Mall”un sonuncu mərtəbəsində fəaliyyət göstərən “Berlin Dönər” adlı restoran  nağdsız ödənişlərin həyata keçirilməsindən imtina edir. Onlarda plastik kartla ödənişləri həyata keçirmək üçün post terminal belə yoxdur. Bu haqqda şikayəti Azinforum.az-a adının çəkilməsini istəməyən bir vətandaş edib:

“Sifarişi verdim, ödənişi kartla etmək istəyəndə, dedilər ki, burada ancaq nağd pul işləyir. Məndə isə nağd pul olmadığı üçün , sifarişdən imtina etməli oldum. Bütün bunlar həftəsonu gəzintisinə çıxardığım uşaqların gözü qarşısında baş verdiyi üçün çox peşman oldum. Axı, mən qanunsuz nəsə tələb etmirdim ki, övladlarımın yanında belə utanmalı olum”.

Azinforum.az-ın əməkdaşı deyilən məsələni aydınlaşdırmaq üçün “Berlin Dönər”də olub. Restoranın əməkdaşları bildiriblər ki,  bank onlara terminal verməkdən imtina edir, ona görə də nağdsız ödənişləri həayata keçirə bilmirlər. Ancaq biz hesab edirik ki, ölkədə ən yüksək səviyyədə nağdsız ödənişlərin təşfiq olunduğu bir zamanda “Berlin Dönər”in əməkdaşlarının gətirdiyi arqument tamamilə əsassızdır. Çünki bu bankla ictimai iaşə fəaliyyəti göstərən restoran arasında bilavasitə tənzimlənən məsələ deyil.  Qanunvericiliyin tələbinə görə, restoran belə bir xidməti göstərməyə borcludur və bu məsələyə nəzarəti Vergilər Nazirliyi həayata keçirməlidir.  Sayt vasitəsilə Vergilər Nazirliyindən  xahiş  edirik ki, bu qanusuzluğun aradan qaldırılması istiqamətində əməli fəaliyyətə keçsinlər. Mövzu diqqətimizdədir…

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …