Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Berdiməhəmmədov səfirimizi qəbul etdi

Berdiməhəmmədov səfirimizi qəbul etdi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Həsən Zeynalovun etimadnaməsini qəbul edib.
APA-nın verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı H. Zeynalova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişafına diqqət çəkilib.
Bununla yanaşı, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda dövlətlərarası münasibətlərin iki qardaş xalqın maraqları çərçivəsində inkişaf edərək daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın