Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Belarus səfiri erməni jurnalistləri yenə pərt elədi

Belarus səfiri erməni jurnalistləri yenə pərt elədi

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk erməni jurnalistlərin bloger Aleksandr Lapşinlə bağlı sualını cavablandırmaqdan imtina edib.

Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armeniya” xəbər yayıb. Qeyd olunur ki, saytın əməkdaşı Yerevan üçün həssas olan məsələlərlə, məsələn Aleksandr Lapşinin işi ilə bağlı, Ermənistana o qədər də dost münasibəti bəsləməyən Belarusun səfirindən fikir öyrənməyə çalışıb.

Ancaq Nazaruk erməni jurnalistin sualını axıra qədər dinləməyib və ona cavab verməkdən imtina edib. Səfir ona ünvanlanan sualın düzgün olmadığını deyib.

Belarus səfiri nəyin düzgün olmadığına aydınlıq gətirərkən vurğulayıb ki, sual Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) həsr olunan tədbirə uyğun deyil.

“KTMT – bu birgə səydir, amma sizin sualınız destruktivizmə yönəldilib. O, dostluq atmosferinin möhkəmləndirilməsinə imkan vermir”, – deyə səfir əlavə edib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın