Ana səhifə / Sosial / Bazarlarda alçanın 1 kiloqramı 350 manata satılır – VİDEO

Bazarlarda alçanın 1 kiloqramı 350 manata satılır – VİDEO

Bazarlarda qış mövsümünə xas olmayan meyvələr satışa çıxarılıb.

Azinforum.az Xəzərxəbər- istinadən məlumat verir ki, soyuducalarda saxlanılan meyvələrin qiyməti yay mövsmündəkindən qat- qat yüksəkdir. Bu cür meyvələr adətən qramla satılır.

Məsələn, 125 qarmlıq böyrütkən 13 manata təklif edilir. Lakin qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir.

Bazarlarda rast gəlinən meyvələrdən biri də ərikdir. Ən baha olanı isə alçadır. Alça digər meyvələrdən fərqli olaraq çəki ilə deyil, daha çox ədədlə satılır. Kiloqramı isə 350 manatadır.

Satıcılar bildirirlər ki, bu meyvələr ölkə xaricindən gətirilir.

Qiymətlərin 2-3 ay ərzində enəcəyi gözlənilir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …