Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / Sosial / Bazarda mənşəyi məlum olmayan məktəbli formaları satılır (VİDEO)

Bazarda mənşəyi məlum olmayan məktəbli formaları satılır (VİDEO)

Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq məktəbli formaları ilə bağlı şikayət və problemlər yenidən gündəmdədir.
Bir çox valideyn keyfiyyətsiz geyimlərin bazarlara yol tapdığından şikayətlənir. Hətta bununla bağlı “Xəzər Xəbər”in votsap nömrəsinə müraciət edərək keyfiyyətsiz məhsulların ünvanlarını da göstəriblər.
Məsələni ətraflı araşdırmaq üçün məktəbli geyimlərinin əsas istehsalçısı olan Bakı Tikiş Evinə müraciət etdik və müəssisənin mütəxəssisləri ilə məsələni birgə araşdırdıq. Nəticədə sözügedən mağazalarda satılan məhsulların başqa bir şirkətlərə məxsus olduğu ortaya çıxdı.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirir ki, belə şikayətlərlə tez-tez rastlaşırlar, ancaq araşdıranda sonda məlum olur ki, şikayət olunan geyimlərin onlara heç bir aidiyyati yoxdur. Məktəb mövsümünün yaxınlaşdığını bildirən Etibar Əzimov yenidən saxta məktəbli geyimlərinin onların adından satılmağa başlanacağını bildirir. Onun sözlərinə görə, artıq bir sıra işbazlar belə məhsulları alıb gətiriblər və məktəbqabağı onları satışa çıxaracaqlar. O, vətəndaşları aldanmamaq üçün diqqətli olmağa çağırır.
Etibar Əzimov bildirir ki, bəzən Bakı Tikiş Evinin məhsulu adı altında saxta və ucuz formalar satılır. Amma Bakı Tikiş Evinin istehsal etdiyi məktəbli formalarının qiymətləri stabildir. Odur ki, valideynlər buna da diqqət yetirməlidirlər.
Tikiş evinin nümayəndəsi bildirir ki, onlar yalnız qurumun rəsmi mağazalarının satdığı məhsullara tam zəmanət verirlər.

Həmçinin oxuyun

Suraxanının icra başçısı “Qaraçuxur parkı”nda obyekt tikdirir – PARK HASARA ALINIB

İlqar Abbasov müavini və bacanağı Etibar Yolçiyev, Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin …