Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Sosial / Bazar günü yağmursuz hava gözlənilir

Bazar günü yağmursuz hava gözlənilir

Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9°, gündüz 12-16° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaq.

Həmçinin oxuyun

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib. Hadisə …