Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bayram tətili başa çatdı: Avtovağzallarda sıxlıq yarandı – VİDEO

Bayram tətili başa çatdı: Avtovağzallarda sıxlıq yarandı – VİDEO

Novruz bayramı tətilinin başa çatması ilə bölgələrə gedənlər Bakıya üz tuturlar. Sərnişin çoxluğuna görə rayon avtovağzalları qrafiklərində dəyişiklik edib.

Zaqatala avtovağzalında sıxlığın qarşını almaq üçün əlavə avtobuslar cəlb olunub.

Sərnişinlərin bəziləri sıxlıq olacağını təxmin etdikləri üçün bileti öncədən alıblar.

Novruz bayramı tətilinin son günündə Gəncə beynəlxalq avtovağzalında da canlanma müşahidə olunur. Sərnişinlərin əksəriyyəti tədbirini əvvəldən görsə də, həmin gün bilet alanlar da olub.

Avtovağzal rəhbərliyi də əvvəlki təcrübələrə əsaslanaraq xəttə əlavə avtobuslar cəlb edib.

Gəncədən Bakıya gün ərzində sürət qatarı, taksilərlə də sərnişin daşınması həyata keçirilir.

Bayram günləri ilə əlaqədar iki gündür Lənkəran avtovağzalı gücləndirilmiş iş rejimində çalışır. Avtovağzalda səhər saatlarında sıxlıq müşahidə olunub. Buna görə də Lənkəran avtovağzalından əlavə olaraq səkkiz avtobus xəttə buraxılıb.

Avtovağzal rəsmisi süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərinin də gücləndirildiyini bildirib.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …