Ana səhifə / Sosial / Bayram günlərində daha çox nədən zəhərləndilər? – Açıqlama

Bayram günlərində daha çox nədən zəhərləndilər? – Açıqlama

Novruz bayramı günlərində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən əsas müraciətlər dəm qazından zəhərlənmə ilə bağlı olub.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
A.Maqsudovun sözlərinə görə, Novruz bayramı günlərində 12 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların 7-si xəstəxanaya yerləşdirilib.
Qeyd edilən müddətdə 4 nəfər dərman zəhərlənməsi diaqnozu, 6 nəfər allergik reaksiya, 2 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə, 6 nəfər sərxoşluğa görə xəstəxanaya müraciət edib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …