Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / Bayram günlərində toylara görə cərimələnən şəxslərin sayı açıqlandı

Bayram günlərində toylara görə cərimələnən şəxslərin sayı açıqlandı

Bayram günlərində Azərbaycanda toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, yanvarın 1-2-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 295 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 93 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Həmçinin oxuyun

Şagird özbaşınalığı baş vermiş məktəbdən AÇIQLAMA

Bir müddətdir sosial mediada məktəb şagirdlərinin foyedə qeyri-etik davranışını sərgiləyən video yayılıb.  Abşeron rayon təhsil …