Ana səhifə / Sosial / Bayram günlərində işləyənlərin maaşı necə hesablanmalıdır? – VİDEO

Bayram günlərində işləyənlərin maaşı necə hesablanmalıdır? – VİDEO

Bəzi vətəndaşlar yeni ili doğmaları ilə yox, iş yoldaşları ilə elə iş başında qarşılamalı olurlar. Ona görə də bayram günləri işə cəlb olunan işçilərə maaş fərqli qaydada ödənilməlidir.

Mövzu ilə bağlı danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, bu məsələ iş normasından asılı olaraq həyata keçirilməlidir.

S.Məmmədov bildirib ki, bayram günləri işləyənlərə ən azı ikiqat ödəniş edilməlidir: “Təbii ki, iş prosesi işçinin razılığı ilə olmalıdır və sənədləşdirilməlidir”.

Sahib Məmmədovun sözlərinə görə, elə sahələr var ki, maaşın ikiqat verilməsi qaydası tətbiq edilmir.

“Hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçilərin bayram günləri çalışmaları yolverilməzdir”-deyə S.Məmmədov vurğulayıb.

Həmçinin oxuyun

Kommunal xidmətlərin də qiyməti artacaq?

Fevralın 3-dən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minib. Belə ki, metro …